Mirişli Yusif Ramiz oğlu
Bioqrafiya
Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, professor. 1966-cı ildə, may ayının 3-də Bakı şəhərində anadan olub. Görkəmli Azərbaycan bəstəkarı Ramiz Mirişlinin ailəsində dünyaya gəlib.
Bakı · 03.05.1966
Üzvlük: ABİ · 1993
Hazırda: İstanbul
Təhsil
Fortepiano təməli → bəstəkarlıq məktəbi.
1973–1984
Bülbül adına orta ixtisas musiqi məktəbi — fortepiano üzrə.
1984–1991
Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası — “Bəstəkarlıq” ixtisası (prof. Arif Məlikovun sinfi).
1991–1993
Aspirantura — “Bəstəkarlıq” ixtisası (prof. Arif Məlikovun sinfi).
Pedaqoji fəaliyyəti
Uzun illər müxtəlif akademiyalarda müəllimlik.
1991–1999
Azərbaycan Dövlət Uşaq Filarmoniyası — estrada kollektivinin bədii rəhbəri.
1997–1998
Bülbül məktəbi — müəllim.
1998-1999
Bakı Musiqi Akademiyası — baş müəllim.
2000–2001
Niğde Universiteti (Türkiyə) — gözəl sənətlər fakültəsi, musiqi bölümü.
2001–2021
Afyon Kocatepe Universiteti Dövlət Konservatoriyası — yaranma və təkminləşmədə rol; 2001 baş müəllim, 2012 dosent, 2014 professor.
2022–...
İstanbul — özəl musiqi və sənət akademiyalarında bəstəkarlıq, orkestrlaşdırma, kontrapunkt, harmoniya dərsləri.
Kitabları
Dərs vəsaitləri.
Armoni Eğitiminde Sekvensler
Xarici ölkələrdə fəaliyyəti
Konsertlər, master-klasslar, akademik fəaliyyət.
1993
Almaniya — Azərbaycan Dövlət Filarmoniyası ilə “Azərbaycan Günləri”.
2000
Almaniya — International Theatre Akademy Ruhr.
2012
Türkiyə — Bilkənd Universiteti Simfonik Orkestrı ilə “613” poemasının ifası (Xocalı Soyqırımının 20-ci ildönümü).
2012
İspaniya — Kanarya adaları konservatoriyalarında master-klasslar (Tenerife, Las Palmas).
2012
Polşa — Wroclaw Musiqi Akademiyasında XX–XXI əsr bəstəkarları konserti.
2013
İtaliya — Foggia, Conservatorio di musica “Umberto Giordano” master-klass.
Rəhbərlik edilən dissertasiyalar (seçmə)
Seçilmiş dissertasiya mövzuları.
2004
Öztürk, A. — Bela Bartok kuartetlərinin analizi və nümunə kuartet.
2005
Mecit, A. — Romantizm dönəmi bəstəkarlarında nəfəsli və vurmalı çalğılar.
2014
Mutlu, G.S. — Royal Akademi imtahan mərhələləri və piano tələbələrinin seçiminə təsiri.
2019
Akyüz, T. — Konservatoriyalarda mey tədrisi üçün müfredat təklifi.